Türkiyənin Antalya körfəzində 5 bal gücündə zəlzələ baş verib. Bu barədə Trend Türkiyə mətbuatına istinadən xəbər verir. Qəndilli Rəsədxanasının məlumatına görə, yerli vaxtla saat 19:31-də qeydə alınan zəlzələ episentri Antalya körfəzi olmaqla yerin 88,6 kilometr dərinliyində baş verib. Yeraltı təkanlar Antalya şəhərində hiss olunub. Zəlzələ nəticəsində xəsarət və dağıntı halları olmayıb.
Mənbə: Trend.Az