2013-cü ilin noyabrında Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən verilən elektron rəqəmsal imzaların ümumi sayı bir faiz artaraq dekabr ayının birinə olan vəziyyət üzrə 16 584 ədəd təşkil edib. Trend-in məlumatına görə, bu barədə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) hesabatında deyilir. Hesabata görə, Azərbaycanda ERİ sahiblərinin sayı ilin əvvəlindən yeddi dəfədən çox artıb.Noyabrda Milli Sertifikat Xidmətləri Mərkəzi tərəfindən 169 rəqəmsal imza kartı verilib ki, bu da oktyabrın göstəriciləri ilə müqayisədə 63,4 faiz azdır.MHM-in məlumatına görə, verilən elektron rəqəmsal imzaların ümumi sayından dövlət strukturlarının payına 12232 ədəd düşüb, 704 ədəd hüquqi şəxslərə və 3648 ədəd isə vətəndaşlara verilib.Noyabrın 1-nə olan vəziyyətə görə, təsdiq edilmiş elektron xidmətlərin sayı 425 ədəd təşkil edib və portalda 270 elektron xidmətdən istifadə etmək mümkündür. Dövlət strukturlarının saytlarında yerləşdirilən elektron xidmətlərin ümumi sayı isə 448 ədəd təşkil edir.
Mənbə: Milli.Az