Ukraynanın Baş naziri Nikolay Azarovun mətbuat katibi Vitali LukyanenkoKiyevdə Leninin heykəlinin dağıdılmasını vəhşilik adlandırıb. Bu barədə Trend"Ukrinform"a istinadən məlumat verir.Mətbuat katibi qeyd edib: "Abidələri təhqir etmək, dağıtmaq vəhşilikdir.Özü də bu hadisə ən yeni tarixdə YUNESKO-nun Dünya İrs Siyahısına salınmış abidənin dağıdılması ilə baş verib. Birinci hadisə Əfqanıstanda taliblərin Buddanın qaya üzərində qazılmış təsvirinə tanklardan atəş açması ilə baş vermişdi. İkinci hadisə isə Avropanın mərkəzində, Kiyevdə Leninin abidəsinin dağıdılması idi".Qeyd edək ki, bazar günü saat 18 radələrində bir qrup maskalı şəxs ip və kanatların köməyi ilə Leninin Kiyevdəki abidəsini yıxıblar.
Mənbə: Milli.Az