Qadin.NET / Hava haqqında - 09.12.2013

Hava haqqında - 09.12.2013

 

Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin soyuq, arabir yağıntılı olacağı gözlənilir. Dekabrın 8-dən 9-na keçən gecə bəzi yerlərdə yağışın sulu qarla qarışıq yağması ehtimalı var. Havanın temperaturu gecə 0-3° isti, gündüz 4-6° isti, Bakıda gecə 1-3°, gündüz 4-6° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 758 millimetr civə sütunundan 765 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 85-95, gündüz 65-70 faiz təşkil edəcək.
Naxçıvan Muxtar Respublikasında havanın yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Temperatur gecə 3-8° şaxta, gündüz 0-5° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında arabir qar yağacağı gözlənilir. Havanın temperaturu gecə 3-8° şaxta, gündüz 3° şaxtadan 2°-dək isti olacağı gözlənilir.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında, əsasən, axşam və gecə bəzi yerlərdə yağıntılı olacağı, sulu qar yağacağı gözlənilir. Temperaturun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 3-8° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında arabir yağıntılı olacağı, sulu qar, qar gözlənilir. 
Havanın temperaturu gecə 0-5° şaxta, gündüz 0-5° isti, dağlarda gecə 5-10° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında yağış yağacağı, bəzi yerlərdə sulu qara keçəcəyi gözlənilir. 
Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 4-9° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında yağıntılı olacağı, sulu qar, dağlıq ərazilərdə qar yağacağı gözlənilir. Temperatur gecə 1-4° isti, gündüz 4-9° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 0-4° isti olacağı gözlənilir.
Mənbə: Milli.Az
9 dekabr 2013
GO BACK