İnternetdə Yer kürəsində yaşayan insanların danışdığı 7776 dildən yalnız 388-dən istifadə edilir. Bu barədə BBC televiziya şirkətinin sifarişi ilə aparılan araşdırmada deyilir. Milli.Az ICTnews-a istinadən bildirir ki, bu ilin aprelinə internetdə mövcud olan ümumi mətnli məlumatların 54,9 faizini ingilis dili təşkil edib. İkinci yeri 6,1 faizlə rus dili tutub. İlk üçlüyü alman dili tamamlayır (5,3faiz). Sonrakı yerlərdə ispan (4,8 faiz), Çin (4,4 faiz), fransız (4,3 faiz), yapon (4,2), ərəb (3 faiz), portuqal (2,3 faiz), Polşa (1,8 faiz), italyan (1,5 faiz), türk (1,4 faiz), holland (1,1 faiz), fars (1 faiz) dilləri qərarlaşıb. Tədqiqatçılar qlobal şəbəkəni yerə düşdükdən sonra Yer kürəsindəki dinozavrların məhvinə səbəb olan kometa ilə müqayisə ediblər. Alimlərin fikrincə, qlobal şəbəkədə təmsil olunmayan dilləri də bu cür aqibət gözləyir.
Mənbə: Milli.Az