Qadin.NET / HP liderliyini qoruyur

HP liderliyini qoruyur

 

HP şirkəti 2013-cü ilin üçüncü rübünün yekunları üzrə serverlər bazarında əldə olunan mədaxilin məbləğinə görə 3,4 milyard dollarla lider olub ki, bu da 2012-ci ilin analoji dövründən 2,2 faiz çoxdur. Bu barədə Gartner analitik şirkətinin məlumatında deyilir. Milli.Az ICTnews-a istinadən bildirir ki, şirkətin bazarda sahib olduğu pay 26,4 faizdən 27,6 faizədək artıb. Bundan başqa, 2013-cü ilin üçüncü rübünün yekunları üzrə server bazarının ümumi həcmi 12,3 milyard dollar təşkil edib. Bu, bir il əvvəlki göstəricidən 2,1 faiz azdır. Bazarın əvvəlki lideri IBM şirkəti ikinci yerə enib. Bu şirkətin bazarda mədaxilinin həcmi 2,8 milyard dollar olub ki, bu da 2012-ci ilin üçüncü rübündən 18,9 faiz azdır, habelə istehsalçının bazar payı 27,6 faizdən 22,9 faizə düşüb. Mədaxilin məbləğinə görə liderlər beşliyinə Dell, Cisco, və Oracle şirkətləri də daxil olub (satış həcmi müvafiq olaraq 2025, 599 və 500 milyon dollar). Bu şirkətlərin hazırda bazarda payı müvafiq olaraq 16,4, 4,9 və 4,1 faiz təşkil edir. Nəzərəçarpacaq göstəricini isə Cisco şirkəti nümayiş etdirib. Belə ki, istehsalçının 2013-cü ilin üçüncü rübündə dövriyyəsi ötən ilin analoji dövrünün göstəricilərini 42,7 faiz üstələyib. Həmçinin HP bazarda 669,103 min server sataraq 26,7 faizlik payla say həcminə görə liderlik edir. Bu, bir il əvvəl qeydə alınan göstəricidən 5,4 faiz çoxdur. Satılan serverlərin sayına görə bazarda ikinci yerdə 2013-cü ilin üçüncü rübündə 484,607 server satan Dell şirkəti qərarlaşıb. Bu göstərici bir il əvvəlki nəticədən 14,1 faiz azdır. Satış həcmində ən yüksək artımı (69,573 ədəd) Çinin Huawei şirkəti, ən pis nəticəni 201,777 min server satan (bir il əvvəldən 28 faiz az) IBM göstərib.

 

Mənbə: Milli.Az
8 dekabr 2013
GO BACK