Qadin.NET / Yürüş üçün Honda

Yürüş üçün Honda

“Honda” şirkəti gələn il WTCC-də - dairəvi yürüşlər üzrə dünya çempionatında iştirak edəcək “Civic” bazasında yığılmış yürüş avtomobilinin ilk şəkillərini yayıb. Milli.Az Auto.az-a istinadən bildirir ki, yarışın 2013-cü il mövsümündə iştirak etmiş hetçbek ilə müqayisədə yeniliyin ban rəngi dəyişəcək və o fərqli bamperləri, kapotu və spoylerləri olan yeni aerodinamik ban asılqanı, o cümlədən yeni təkər diskləri alacaq. Bundan əlavə yürüş “Civic”-i gücləndirilmiş 4-silindrli 1,6-litrlik mühərrik əldə edəcək. Modelin dəqiq texniki xarakteristikaları barədə hələlik məlumat verilmir. WTCC-nin yeni mövsümündə “JAS Motorsport” komandasının pilotları Qabriel Tarkvini və Tyaqo Monteyro, “Zengo Motorsport” və “Proteam Racing” komandalarının pilotları Norbert Mixeylişa və Mehdi Bennani üçün yeni avtomobillər düzəldiləcək. Bir qədər əvvəl “Honda” şirkəti “Civic”-in universal banlı yürüş variantını göstərmişdi. O 2014-cü ildə Böyük Britaniyanın milli çempionatında iştirak edəcək. Avtomobil 300 at gücü olan turbolaşdırılmış 2 litrlik mühərrik alacaq.
Mənbə: Milli.Az
8 dekabr 2013
GO BACK