ABŞ prezidenti Barak Obama Cenevrə sazişinə əməl etməyəcəyi halda İrana qarşı sanksiya rejimini sərtləşdirəcəyinə söz verib. Lent.Az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, Brukins adına Vaşinqton Araşdırma İnstitutunda çıxışı zamanı o, deyib: «Biz sanksiya rejimini zəiflətmirik, sadəcə Tehran üçün kiçik bir pencərə açırıq. Əgər İran yaxın 6 ay ərzində bu sazişə (“altılıq” qrupundakı BMT TŞ-in 5 daimi üzvü və Almaniya ilə Cenevrədə əldə olunan saziş-red.) əməl etmək istəmədiyini nümayiş etdirsə, biz yenə də sanksiyalara qayıdacağıq». ABŞ prezidenti qeyd edib ki, İrana tətbiq olunan sanksiyalar bu ölkənin iqtisadiyyatına ciddi təsir edib. «İran iqtisadiyyatının həcmi keçən il 5 faizədək azalıb. Bizim tətbiq etdiyimiz sanksiyaların nəticəsində Tehranın neft ixracından əldə etdiyi gəlir təxminən 2 dəfə azalıb»- deyə, o, vurğulayıb. Mövcud problemin həlli bağlı İran hakimiyyətinin imkanlarını B.Obama belə dəyərləndirib: «Onların şansını çox olduğunu düşünmürəm. Mən bunu 50: 50-yə qiymətləndirərdim. Bununla belə problemin diplomatik yolla həlli vacibdir».
Mənbə: Lent.Az