Maykl Ceksonun konsertində geyindiyi ayaqqabısı 32 min dollara satılıb. Anspress-in məlumatına görə, bu barədə Britaniyanın “Knaisz Auctions” hərrac evi öz facebook səhifəsində məlumat verib. Pop musiqinin kralı qara rəngli bu ayaqqabını konsertlərində dəfələrlə geyinib. Ayaqqabını qiymətli edən isə M.Ceksonun onun üzərində öz imzasını atmasıdır. Hərracın başlanğıc qiyməti isə 50 dollar olub. Bundan başqa, hərracda musiqiçinin svarovski qaşlarla bəzədilmiş ağ əlcəkləri də satışa çıxarılıb. Xüsusi olaraq “Billie Jean” mahnısı üçün dizayn edilən aksessuarın başlanğıc qiyməti 40 dollar olub. Hərracda ümumilikdə Maykl Ceksonun 40-dan çox əşyası satışa çıxarılıb. Bura musiqiçi tərəfindən çəkilən şəkillər, üzərində avtoqraf olan ağ şlyapa, konsertə biletlər, afişalar və digər əşyalar daxildir.
Mənbə: Milli.Az