Qadin.NET / Bu da bənzərsiz Mercedes S-Class

Bu da bənzərsiz Mercedes S-Class

 

Sözdən işə keçən “Lorinser” şirkəti “W222” banında yeni nəsil “Mercedes-Benz S-Class” üçün rəsmi olaraq tüninq-paket təqdim edib. Bu yaxınlarda alman tüneri tamamlanmış lüks sedanın kompyuterdə hazırlanmış şəkillərini nümayiş etdirmişdi, lakin indi paket tamamilə hazırdır və satış üçün növbəsini gözləyir. Milli.Az Auto.az-a istinadən bildirir ki, aerodinamik ban asılqanına əlavə olaraq “Lorinser” alman limuzinini eksklüziv təkər diskləri dəsti, idman qaz buraxma sistemi və gücləndirilmiş mühərrik ilə təchiz etmək niyyətindədir. Sedan eksteryerində əyilmiş cizgiləri olan yeni qabaq bamper, “qəlsəmələr”i olan genişləndirilmiş təkər arkaları, kandar əlavələri, aşağı ətəyi olan dəyişilmiş arxa bamper və baqaj qapağının üzərində kiçik spoyler alıb. Xarici staylinqin son elementləri çoxxətli disklər və səs boğucunun 4 borusu olacaq. “Lorinser” praktiki olaraq “Mercedes S-Class”-ın bütün mühərriklərini gücləndirməyə hazırdır. Məsələn, tamamlamadan sonra 4.6-litrlik V8 modifikasiyalı S500 530 a.g.-ə və 800 Nm maksimal fırlanma anına malik olacaq (+ 75 a.g. və 100 Nm).
Bu da bənzərsiz Mercedes S-Class

Bu da bənzərsiz Mercedes S-Class

 

Mənbə: Milli.Az
8 dekabr 2013
GO BACK