Qadin.NET / Ən çox televizora baxan xalq hansıdır?

Ən çox televizora baxan xalq hansıdır?

 

Hər gün televizora altı saat baxan adamların ömrü 5 il azalır.
İngiltərənin “Daily Mail” internet portalının məlumatına əsasən, Bolqarıstan əhalisinin 43 faizi hər gün televizor qabağında orta hesabla üç saat vaxt keçirir. Bu rəqəm Avropada televizordan asılı adamların ən çox məhz Bolqarıstanda olduğunu sübut edir.
Anspress xəbər verir ki, araşdırma “European Social Survey” təşkilatı tərəfindən Avropanın 30 ölkəsində aparılıb. Bolqarıstandan sonra ikinci yerdə Böyük Britaniya, üçüncü yerdə isə İrlandiyadır. Avropada televizordan asılı olan adamların orta sayı 21 faizə bərabərdir. Alimlərin son araşdırmasına görə, hər gün televizora altı saat baxan adamların ömrü 5 il azalır.
Mənbə: Milli.Az
8 dekabr 2013
GO BACK