Qadin.NET / İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalandı

İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında dostluq və əməkdaşlıq sazişi imzalandı

 

Milli.Az Kanal S-ə istinadən xəbər verir ki, İsmayıllı və Yaponiyanın İto şəhərləri arasında qarşılıqlı dostluq və əməkdaşlıq haqqında saziş imzalanıb. Bu barədə Yaponiya səfərindən yenicə qayıdan İsmayıllı rayon nümayəndə heyətinin rəhbəri, Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqovməlumat verib. Onun sözlərinə görə, Yaponiyda sazişin təntənəli imzalanması mərasimi keçirilib. Mərasimdə azərbaycanlı nümayəndə heyəti ilə yanaşı, Azərbaycanın Yaponiyadakı səfiri Gürsel İsmayılzadə, İto şəhərinin meri Hiromi Tsukudada iştirak ediblər. İmzalanan sənədlərə gəlincə isə bunlar təhsil, səhiyyə, mədəniyyət, turizm və idman, yerli özünüidarəetmə, təbii resursların səmərəli istifadəsi sahəsində qarşılıqlı əməkdaşlıqları əhatə edir. Mirdaməd Sadıqov, eləcə də, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti ilə İto şəhər Turizm Assosiasiyasında görüşlərin keçirildiyini bildirib. Görüşlərdə regionun turizm və kənd təsərrüfatı potensialı, son illər həyata keçirilən infrastruktur layihələri çərçivəsində turistlərin artım dinamikası haqqında məlumat verilib.
Mənbə: Milli.Az
8 dekabr 2013
GO BACK