Qadin.NET / Dünya şöhrətli yazıçının Bakıda yubileyi keçiriləcək

Dünya şöhrətli yazıçının Bakıda yubileyi keçiriləcək

 

Çingiz Aytmatovun əsərləri 170-dən çox xalqının dilində 60 milyondan çox tirajla çap olunub.

 

Dekabrın 18-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında dünya şöhrətli qırğız yazıçısı Çingiz Aytmatovun 85 illik yubileyinə həsr edilmiş tədbir keçiriləcək. Milli.Az AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə böyük söz ustadının həyat və yaradıcılığı, Azərbaycanda çap edilən əsərləri barədə geniş məlumat veriləcək. Dünya şöhrətli yazıçının əsərləri 170-dən çox xalqının dilində 60 milyondan çox tirajla çap olunub.
Mənbə: Milli.Az
8 dekabr 2013
GO BACK