Qadin.NET / Hava haqqında - 08.12.2013

Hava haqqında - 08.12.2013

 

Milli.Az AzərTAc-a istinadən bildirir ki, Bakıda və Abşeron yarımadasındahavanın dəyişkən buludlu olacağı, gündüz əsasən yağmursuz keçəcəyi, axşam buludluluğun artacağı, gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacağı ehtimalı var. Temperaturun anomal gedişi gözlənilir. Temperatur günün birinci yarısında 12-15° isti, günün ikinci yarısında 4-6° isti, Bakıda günün birinci yarısında 12-14° isti, günün ikinci yarısında 4-6° isti olacaq. Atmosfer təzyiqi 754 millimetr civə sütunundan 762 millimetr civə sütununa yüksələcək, nisbi rütubət gecə 80-90, gündüz 60-65 faiz təşkil edəcək.

Naxçıvan Muxtar Respublikasında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.Temperatur gecə 3-8° şaxta, gündüz 4-9° isti olacaq.
Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından başlayaraq yağıntılı olacağı, sulu qar, qar yağacağı gözlənilir. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcəyi ehtimalı var. Temperatur gecə 3-8°, gündüz 2-7° isti olacaq.
Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli və Cəbrayıl rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi yerlərdə yağıntılı olacaq. Temperaturun gecə 0-5° şaxta, gündüz 9-14° isti olacağı gözlənilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz və Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin günün ikinci yarısından başlayaraq yağıntılı olacaq, sulu qar, qar yağacaq. Axşam ayrı-ayrı yerlərdə intensivləşəcək.
Temperaturun gecə 0-5° şaxta, gündüz 5-10° isti, dağlarda gecə 10-15° şaxta, gündüz 0-5° şaxta olacağı gözlənilir.
Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan və Neftçala rayonlarında havanın əsasən yağmursuz keçəcəyi ehtimal olunur. Lakin gecəyə doğru bəzi yerlərdə yağış yağacağı gözlənilir. Temperaturun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 11-16° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran və Astara rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir. Temperatur gecə 0-4°, gündüz 9-11° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-9° isti olacaq.
Mənbə: Milli.Az

 

8 dekabr 2013
GO BACK