Qadin.NET / Ən populyar brend bilindi

Ən populyar brend bilindi

Yeni il hədiyyəsi kimi smartfon, planşet, mp3 pleyer və ya televizor qurğusu seçən istehlakçılar üçün Apple ən arzu olunan brenddir. Hazırda şirkət həm də masaüstü kompüter bazarında lider olub.

Parks Associates-in sorğusuna əsasən, Apple şirkətinin masaüstü kompüterləri ABŞ-da 2013-cü il bayramqabağı mövsüm üçün ən arzu olunan brend olub. Son iki ilin nəticələrinə görə, Dell şirkəti liderlik edib və Mac istehsalçısı 2011-ci ildə üçüncü və 2012-ci ildə isə ikinci olub.
Milli.Az ICTnews-a istinadən bildirir ki, multimedia məzmununun yayımlanması üçün nəzərdə tutulmuş televiziya qurğusu kateqoriyasında Apple TV liderliyi qoruyub saxlayıb. Planşet bazarında iPad yenə də rəqibsizdir.
Apple şirkətinin ən populyar masaüstü kompüter istehsalçılarının siyahısında liderlik etməsi bu il məhsul çeşidinin yenilənməsinin nəticəsi ola bilər.
Mənbə: Milli.Az
8 dekabr 2013
GO BACK