Qadin.NET / Tanınmış rejissor vəfat etdi

Tanınmış rejissor vəfat etdi

 

Tanınmış fransız rejissoru Eduar Molinaro bu gün 85 yaşında dünyasını dəyişib. Milli.Az Anspress-ə istinadən bildirir ki, Eduar Molinaro 1928-ci ildə Bordo şəhərində anadan olub. O, erkən yaşlarında kinematoqrafa maraq göstərib. İlk filmini 1957-ci ildə çəkib. Molinaro çox tezliklə tanınmış recissora çevrilib. 1961-ci ildə Kann festivalının münsiflər heyətinə daxil olub. Karyerası boyunca o, onlarla film çəkib. Onun filmlərində Lui de Fünes, Pyer Rişar və başqa məşhur aktyorlar oynayıb. Onun əsərləri "Qızıl qlobus" və “Oskar”a layiq olub.

 

Mənbə: Milli.Az
7 dekabr 2013
GO BACK