“BMW” şirkəti “2-Series” kupenin yürüş modifikasiyasının ilk şəkillərini nəşr edib. Bu avtomobil VLN dözümlülük yarışı və “Nyurburqrinqi 24 saata” marafonu üçün nəzərdə tutulub. Yenilik gələn ildən özəl komandalara çatdırılacaq.
Milli.Az Auto.az-a istinadən bildirir ki, yürüş “ikiliyini” adi kupe “M235i” bazasında yığacaqlar və elə həmin benzin “turboaltılıqla” təchiz edəcəklər. Lakin onun gücü 326-dan 333-a.g.-ə qədər artıb. Bununla belə avtomobili standart trekşn-kontrol, ABS sistemi və davamlılıq ilə təchiz edəcəklər.
Yürüş modifikasiyası yüksək müqaviməti olan arxa differensial, qabaq və arxa spoylerlər, diffuzor, arxa görünüş güzgülərinin karbon korpuslarını və ban asılqanının digər aerodinamik elementlərini alacaq. Bundan əlavə, yenilik sertifikatlaşdırılmış FIA təhlükəsizlik karkası və yüksək dayanaqlığa malik xüsusi yanacaq çəni ilə təmin ediləcək.
“BMW 2-Series”-in adi variantının sirri oktyabrın sonunda açılıb. Yeni model əvvəlkindən 72 mm uzun, 32 mm enli və 5 mm alçaqdır. “İkinci seriyanın” mühərriklər qammasına 143-dən 218-ə qədər a.g. olan 3 dizel və 184-dən 326-ə qədər a.g. olan benzin daxildir. Ən güclü versiya ilk yüzlüyü 4.8 saniyəyə yığa bilir.
Mənbə: Milli.Az