Google şirkəti, nəhayət ki, istifadəçilərin çoxdan gözlədiyi funksiyanı təqdim edib. Artıq Gmail poçtu və Google Calendar təqvimindən bütün informasiyanı sərt diskə yükləmək və ya başqa xidmətə import etmək mümkün olacaq.
Milli.Az ICTnews-a istinadən bildirir ki, elektron poçtun arxivi MBOX formatında saxlanır. İnformasiyanı tamamilə yükləmək heç də vacib deyil: konkret lazım olanı yükləmək mümkündür.
Yeni imkan Google Takeout layihəsinin bir hissəsi olacaq. Hazırda o, YouTube videohostinqindən öz videolarını yükləməyə, Gmail-də yerləşmə tarixini, Google çat və Hangouts-un loqlarını, kontaktı və sairəni yükləməyə icazə verir.
Qeyd edək ki, hazırda Gmail-in tərkibinin yüklənməsi hələ ki əlçatmazdır, hərçənd Təqvim artıq siyahıya əlavə edilib. Google söz verib ki, bu vəziyyət yaxın vaxtlarda aradan qaldırılacaq.
Mənbə: Milli.Az