Qadin.NET / Tam qızıl iPhone 5s hazırlandı

Tam qızıl iPhone 5s hazırlandı

 

Britaniyanın Goldgenie şirkəti iPhone 5s smartfonunun qızıl versiyasını çıxarıb. 16 QB-lıq yaddaşla standart modelin qiyməti 3200 dollar, 32 QB-lıq yaddaşla təchiz edilmiş model üçün əlavə daha 300 dollar ödəmək lazımdır.

 

Milli.Az ICTnews-a istinadən bildirir ki, qurğu orijinaldan yalnız korpusun işlənib hazırlanmasında istifadə edilmiş materiallar və görünüşcə fərqlənir.
Bundan başqa, platindən işlənmiş korpusa malik modellər də alıcılara əlçatandır: onun qiyməti 3400-3900 dollardır.
Hazır məhsul taxta qutuda tədarük edilir.
Mənbə: Milli.Az
7 dekabr 2013
GO BACK