Qadin.NET / Azərbaycan idmançıları birinci oldular

Azərbaycan idmançıları birinci oldular

 

Soçi Qış Olimpiyadasına 2 ay qalmış bu yarışda ölkəmizi təmsil edəcək idmançılarımız daha bir uğur qazanıblar. Fiqurlu konkisürmə üzrə cütlüyümüz Xorvatiyada keçirilən turnirin qızıl medallarına layiq görülüb. Zaqreb şəhərində baş tutan fiqurlu konkisürmə üzrə Qolden Spin turnirində Azərbaycanı əslən rusiyalı Yuliya Zlobina və Aleksey Sitnikov təmsil ediblər. Cütlük qısa rəqsdə bütün rəqiblərini qabaqlayıb. Zlobina və Sitnikovun çıxışı münsiflər tərəfindən 57.28 balla qiymətləndirilib. Yarışın gümüş medallarını fransalı cütlük - Pernel Karron-Loyd Cons dueti boynundan asıb. İspan konkisürənlər Sara Urtado - Adriya Dias isə 3-cü olublar. 

Mənbə: Milli.Az

7 dekabr 2013
GO BACK