Qadin.NET / Medvedevdən Obamaya iPhone çağırışı

Medvedevdən Obamaya iPhone çağırışı

 

Rusiyanın baş naziri Dmitri Medvedev ABŞ prezidenti Barak Obamanı iPhone-dan istifadə etməyə səsləyib. İTAR-TASS xəbər agentliyinin yaydığı məlumata əsasən, bu haqda Nazirlər Kabinetinin rəhbəri ölkə telekanallarına müsahibəsi zamanı deyib. "Mən mobil telefonla yalnız məişət mövzuları üzrə danışıram", – Medvedev deyib. Milli.Az ICTnews-a istinadən bildirir ki, jurnalistlərin ABŞ prezidentinin təhlükəsizlik baxımından iPhone smartfonundan istifadəsinə icazə verilməməsi ilə bağlı xatırlatmasına Medvedev deyib: "Mən Obamanı qorxmamağa çağırıram".
 Mənbə: Milli.Az

 

7 dekabr 2013
GO BACK