Bu ilin 10 ayında 98 ölkədən olan 15086 nəfər Türkiyədə 21691 daşınmaz əmlak alıb. APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Çevrə və Şəhərlər Nazirliyi məlumat yayıb. Xarici vətəndaşlar tərəfindən alınmış daşınmaz əmlakın 9888-i torpaq, 11803-ü isə tikinti-yaşayış obyektidir. Türkiyədə mülk alanların ilk üçlüyündə Rusiya (3322 obyekt), Almaniya (2637 obyekt) və İngiltərə (2455 obyekt) vətəndaşları qərarlaşıblar. Azərbaycan vətəndaşları Türkiyədə daşınmaz əmlak alanlar siyahısında 5-ci yeri tutublar. Cari ilin yanvar-oktyabr aylarında azərbaycanlılar Türkiyədə 911 daşınmaz əmlak obyekti satın alıblar.
Mənbə: Lent.Az