Qadin.NET / "Hayyan" qasırğası

"Hayyan" qasırğası

Filippində "Hayyan" qasırğası nəticəsində ölənlərin sayı 5,8 min nəfərə çatıb. Trend-in İTAR-TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə Filippinin Fövqəladə Halların Nəticələrinin Aradan Qaldırılması üzrə Milli Əlaqələndirmə Komitəsindən bildirilib. Komitə nümayəndəsinin sözlərinə görə, təbii fəlakət nəticəsində ölənlərin rəsmi sayı son məlumatlara görə, 5 796 nəfərdir. Xəsarət alanların sayı isə 27 min nəfərdir və onların sayı artmaqda davam edir. İndiyə qədər 1,8 min nəfərin taleyi barədə məlumat almaq mümkün olmayıb. Qasırğa nəticəsində təxminən 1,5 milyon insan küçələrdə yaşamaq məcburiyyətində qalıb.

Mənbə: Milli.Az

7 dekabr 2013
GO BACK