Qadin.NET / Sinoptiklər istirahət gününə hansı havanı vəd edirlər?

Sinoptiklər istirahət gününə hansı havanı vəd edirlər?

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, gündüz yağmursuz keçəcəyi gözlənilir

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktor müavini Gülşad Məmmədova Trend-ə bildirib ki, dekabrın 8-də Bakıda və Abşeron yarımadasında axşama doğru buludluluğun artacağı, gecəyə doğru isə bəzi yerlərdə yağıntılı olacağı proqnozlaşdırılır.
Mülayim cənub-qərb küləyi günün II yarısından güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.
Sabah Bakıda və Abşeron yarımadasında havanın temperaturunun anomal gedişi gözlənilir. Belə ki, gecə 2-4, günün birinci yarısı 12-15, günün ikinci yarısı isə 4-6 dərəcə isti olacağı proqnozlaşdırılır.
Respublika ərazisində sabah günün ikinci yarısından şimal və qərb rayonlarında havanın yağıntılı olacağı, dağlıq və dağətəyi rayonlarda qara və sulu qara keçəcəyi ehtimalı var. Arabir güclənən qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 11-16 dərəcə isti olacağı, dağlarda 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacağı gözlənilir.

Mənbə: Milli.Az

7 dekabr 2013
GO BACK