Qadin.NET / Kitabların qiyməti ucuzlaşacaq?

Kitabların qiyməti ucuzlaşacaq?

Orta məktəb dərslikləri, uşaq ədəbiyyatı və dövlət sifarişi ilə dərsliklər dərc edən nəşriyyat evləri vergidən azad olunacaqlar

Bu gün valideynlər kitab mağazalarında müxtəlif növdə və çeşiddə orta məktəb dərslikləri və uşaqlar üçün bədii kitablar əldə edə bilərlər. Fərqli nəşriyyat evləri tərəfindən nəşr olunan bu kitabların qiymətləri də müxtəlifdir. 
Anspress yazır ki, nağıl kitablarının qiyməti orta hesabla ən azı bir manatdan 5 manata qədər dəyişir. Hər bir sinif üçün nəşr olunan test kitabçaları isə 7 manatdan başlayır. Elə yerli kitab mağazalardan birində apardığımız müşahidə zamanı mağazadan daha çox valideynlərin məktəb dərsliklərinə ya da müxtəlif nəşriyyat evlərinin dərc etdiyi sinifdən xaric kitabları əldə etdiklərinin şahidi olduq.
Bəli, bu sadə səslənsə belə, doğrudan da qiymətlər sərfəli olarsa, alıcılar da daha çox kitab əldə edərlər. Və beləcə uşaqlar daha çox kitab oxuyarlar. Bəlkə də, bunu nəzərə alan millət vəkilləri də bu yaxınlarda orta məktəb dərslikləri çap edən nəşriyyatların vergidən azad oluna bilməsi ilə bağlı qanun layihəsini müzakirəyə qoyaraq qəbul ediblər. Vergi Məcəlləsində dəyişiklik edilməsini nəzərdə tutan bu qanun layihəsində dəyişikliyə görə bundan sonra orta məktəb dərslikləri, uşaq ədəbiyyatı və dövlət sifarişi ilə dərsliklər dərc edən nəşriyyat evləri vergidən azad olunacaqlar.
Təhsil Nazirliyinin dərslik və nəşriyyat şöbəsi üzrə müdir müavini Əsgər Quliyevin fikrincə, bu lahiyənin həyata keçməsi dərsliklərin və uşaq kitablarının nəşri ilə məşğul olan nəşriyyat evlərinin arasında rəqabəti artıracaq və sözsüz ki, bu da kitabların satışında qiymətinlərin uçuzlaşmasına yol açacaq.
Əsgər Quliyevin sözlərinə görə, rəqabət həm də dərsliklərin keyfiyyətini də artıracaq, çünki bu qərarın tam olaraq qəbul edilməsindən sonra yaxşı və keyfiyyətli dərslik dərc etmək nəşriyyatların maraqlarında olacaq.

Mənbə: Milli.Az

7 dekabr 2013
GO BACK