Qadin.NET / 17 yaşı tamam olmamış...

17 yaşı tamam olmamış...

BMT-nin xüsusi məruzəçisi Raşida Mancun ötən il bu rəqəmin 4000 olduğunu açıqlayıb

Azərbaycanda qadınlara qarşı zorakılıq, onun səbəb və nəticələrini araşdıran BMT-nin xüsusi məruzəçisi Raşida Mancunun ölkəmizdə, 2013-cü ildə 5000 azyaşlının erkən nikaha girdiyini açıqlayıb. Onun rəqəmlərinə görə, keçən il bu say 4000 olub.
Xüsusi məruzəçi, Raşida Mancu zorakılığın səbəbləri və fəsadlarını aradan qaldırmaq üçün siyasi iradə və dövlət, qeyri dövlət sektorun vəzifəsinin olduqca mühüm olduğunu deyib. "Qadına qarşı zorakılığa insan haqları, vətəndaş və siyasi, iqtisadi, sosial mədəni haqları prizmasından yanaşmaq lazımdır. Bu kompleks yanaşma olduğu təqdirdə qadınlara qarşı zorakılığın yerli-dibli ləvği istiqamətində işlərin aparlmasından söhbət etmək olar”.
Anspress yazır ki, onun mətbuata təqdim etdiyi rəqəmlər bu sahədə kifayət qədər problemin olduğuna işarədir. Raşida Mancu erkən nikahların əsasən cənub bölgəsinə xas olduğunu deyib.
Ailə Qadın və Uşaq Problemləri Üzrə Dövlət Komitəsi isə problemin mövcud olduğunu, lakin heç də BMT məruzəçisinin təqdim elədiyi rəqəmlər kimi olmadığını deyir. Komitədə hesab edirlər ki, BMT bu rəqəmləri şişirtməklə öz mənafeyini güdür.
Bu sahəni diqqətdə saxlayan Təmiz Dünya İctimai Birliyinin sədriMehriban Zeynalova isə hesab edir ki, bu sahəni tənzimləyən qanun var və dövlət komitəsin də qanun işləməsinə çalışmalıdır.
Reallıq isə onu göstərir ki, erkən evliliklər hər bir fərd üçün müxtəlif səviyyələrdə fiziki və mənəvi, təhsil yönümlü, sosial-iqtisadi, eləcədə qızlara reproduktiv sağlamlıq baxımından ciddi ziyan vurur. Ölkə qanunlarına əsasən, qadın 17 yaşı tamam olmamış ərə gedə bilməz. UNİCEF isə bu yaş həddini 18-ə kimi artırmağa səsləyir. Bu həmçinin Uşaq Hüquqları Konvensiyasına da uyğundur.

Mənbə: Milli.Az

7 dekabr 2013
GO BACK