Türkiyənin “GATE Elektronik” şirkəti Bakıda insansız sualtı vasitələrin (İSV) təqdimatını keçirəcək. APA-nın “GATE Elektronik” şirkətindən əldə etdiyi məlumata görə, təqdimat Azərbaycan Silahlı Qüvvələrinin təklifi ilə təşkil olunur. Azərbaycanın hansı növ İSV-lərə maraq göstərdiyi haqda məlumat verməyən şirkət nümayəndələri sadəcə, Azərbaycan tərəfinin “GATE Elektronik”in İSV-ləri ilə yaxından maraqlandığını söyləməklə kifayətləniblər. Qeyd edək ki, hazırda “GATE Elektronik” şirkəti tərəfindən sualtı minaları zərərsizləşdirmək üçün “Çanaqqala” adlı bir dəfə istifadə olunan aparat (SSROV), “Gelibolu” adlı mülki məqsədli uzaqdan komandalı İSV (WCROV), “Milli AUV” adı verilmiş avtonom İSV və GMK-C adı verilmiş, hər cür şəraitdə çalışa bilən sualtı müşahidə vasitəsi istehsal olunur.
Mənbə: APA.Az