İkinci Dünya Müharibəsi illərində ABŞ-ın hərbi gəmiləri Sakit Okeandakı Quam adasına yollanmışdılar. Gəmidəki matroslar zəhərli ağac ilanlarının sahildən göyərtəyə "sızma"larından xəbərsizdilər. Gəmilər Quama yan alandan sonra ilanlar sahilə çıxdılar.
Və çoxalmağa başladılar. Milli.Az AHT-yə istinadən bildirir ki, indi Quam adasında 2 milyondan artıq zəhərli ağac ilanı var. Adadakı yaşam təhlükə altında olmaqla yanaşı, ilanların gəmilər vasitəsilə Havay arxipelaqına "yollanma" riski var.
ABŞ-ın Müdafiə Nazirliyi problemi həll etmək üçün Quama təyyarələrdən 2 milyon zəhərlənmiş siçan töküb.
Amerikalı hərbçilər ilanların bu siçanları yeyərək zəhərlənib öləcəklərini düşünürlər.
Mənbə: Milli.Az