Yaşdan və sosial durumundan asılı olmayaraq hər kəsin özünə məxsus bir qürur mənbəyi var. Biz həyatda nail olduğumuz nələrəsə görə fəxr edirik. İdmançılar çempion olduqlarına görə fəxr edirlər, müəllimlər dərs dedikləri şagirdlərin böyük adam olması ilə və s. Bəs hansı uğur bütün ixtisaslarda ola bilər? Milli.Az xəbər verir ki, məsələ ilə bağlı "Regional TV"-nin nümayəndəsi Kənan Musayev öz fikirlərini Day.Az saytına bildirib. "İnsanın ən böyük nailiyyəti onun əldə etdiyi ixtisasdır. İnsanlar illərini sərf edirlər ki, əsl ustad olsunlar. Mənim hələ heç 40 yaşım yoxdur, ancaq Tovuz televiziyasının rəhbəri olmuşam. İndi Gəncədə çalışıram. Ancaq bununla belə düşünürəm ki, ən böyük nailiyyətim rejissor olmağımdır". Bəs siz necə düşünürsünüz, əziz oxucular? Sizin qürur mənbəyiniz nədir?
Mənbə: Milli.Az