Qadin.NET / Dünyanın ən gözəl qadını şam kimi əriyir

Dünyanın ən gözəl qadını şam kimi əriyir

 

Dünyanın ən gözəl qadınlarından biri olan Ancelina Colinin yeni görüntüsü görənləri şoka salıb. Anspress-in Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, gərgin iş və çəki itirmək problemi ilə qarşılaşan Coli şam kimi əriyir. Məşhurların qidalanma və arıqlama ustası olan Alisia Hunter məşhur ulduzun arıqlamasının təhlükəli həddə olduğunu deyib. Onun sözlərinə görə, boyu 1,73 sm olan ulduzun çəkisi 46 kq-dır ki, bu da onun üçün çox aşağıdır. Pəhriz mütəxəssisi keçirdiyi əməliyyatdan sonra sağlamlığının bərpa olunması üçün çəkisini artırmalı olduğunu deyir. "Üzü bir dəri, bir sümükdür. Əlləri də sadəcə sümük kimi görünür. Əvəllər normal olan ayaqları indi çöpə bənzəyir. Hər nə qədər şalvar və diz altında uzunluqlu geyimlər geyinsə də sümükləri nəzərdən qaçmır". Altı uşağını yanından ayırmayan Coli iş və şəxsi həyatını bir arada uğurla davam etdirməyə çalışır.

 

 

 

 

 

 

Dünyanın ən gözəl qadını şam kimi əriyir

 

 

 

 

Mənbə: Milli.Az

7 dekabr 2013
GO BACK