Qadin.NET / Günəşdə 45 il axtardıqlarını tapdılar

Günəşdə 45 il axtardıqlarını tapdılar

NASA və SDO-nun Günəş Dimanikası rəsədxanalarının alimləri ulduzun üzərində nəhəng spiralvari burulğanlar aşkar ediblər. Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, onların tədqiqatının nəticələri Science jurnalında dərc olunub. Nəhəng spiralların diametri 100 min km təşkil edir. Belə görünür ki, onlar ulduzun konveksiya qatının lap dərinliklərinə, yəni onun radiusunun 1/3-dək  dərinliyə enir. Plazma axınları bir neçə ay mütəmadi mövcud ola bilər. Onların tərkibindəki maddə saatda 30 km sürətlə hərəkət edir, bu isə Günəşin səthindəki digər xırda burulğan strukturlarındakından xeyli azdır. Xırda burulğanlar - qranul və superqranullar daha gec-gec peyda olur. 1000 km diametrə malik qranullarda maddənin hərəkəti saatda 11 min km-dir, qranulların ömrü isə 10-20 dəqiqədir. Superqranulların həyat dövrü isə 24 saatdır, diametrləri 30 min km, maddənin fırlanma sürəti isə saatda 1800 km-dir. Nəhəng plazma burulğanlarının mövcudluğunu alimlər hələ 45 il öncə təxmin etmişdilər. Ancaq onları yalnız indi aşkarlamaq mümkün olub. Günəş plazmasının konveksiyası atmosferdəki havanın konvensiyası ilə eyni təbiətə malikdir: qızmış kütlə ulduzun qaynar dərinliklərindən üzə qalxaraq burada soyuyur. Günəş fırlandığından konveksiya axınları fırlanmağa başlayır. Ulduzun şimal hissəsində onlar saat əqrəbinin hərəkəti, cənubunda isə saat əqrəbinin hərəkətinin əksi istiqamətində fırlanır.

Mənbə: Milli.Az

6 dekabr 2013
GO BACK