Qadin.NET / Harri Potterə yeni üz tapdılar

Harri Potterə yeni üz tapdılar

Britaniyanın Bloomsbury nəşriyyatı Coan Roulinqin Harri Potter haqqında kitablar seriyasının yeni nəşrinin rəssamının adını açıqlayıb. Milli.Az Lenta.ru-ya istinadən bildirir ki, bu, Cim Key olacaq. Bu barədə məlumat nəşriyyatın Twitterdəki səhifəsində dərc olunub. Eyni zamanda, orada rəssamın çəkdiyi baş qəhrəmanın yeni nəşrdəki "siması"nın fotosu da yerləşdirilib. Harri Potter haqda yeddi kitabdan ibarət rəngli illüstrasiyalı seriya 2015-ci ildə çap ediləcək. Bunadək Coan Roulinqin kitabları Böyük Britaniyada illüstrasiyasız nəşr orlunurdu.  Amerikanın Scholastic nəşriyyatı isə kitablarda Meri Qrandprenin illüstrasiyalarını yerləşdirirdi. 
"Yeni" Harri Potteri bəyəndinizmi?

Mənbə: Milli.Az

6 dekabr 2013
GO BACK