Qadin.NET / Azərbaycan atletlərindən möhtəşəm qələbə!

Azərbaycan atletlərindən möhtəşəm qələbə!

 

Dekabr ayının 5-dən Azərbaycanda keçirilən Beynəlxalq Ağır Atletika Federasiyasının "IWF Grand-Prix" - II Beynəlxalq Bakı Kuboku davam edir. Trend Azərbaycan Ağır Atletika Federasiyasına istinadən məlumat verir ki, artıq ilk qaliblərin adları məlumdur. Fəxri kürsüyə çıxan üç idmançıdan ikisi Azərbaycanı təmsil edib. 53 kq çəki dərəcəsində mübarizə aparan qadınlarımızdan Kristina Yovu yarışların favoriti idi. İdmançıların çıxışları başa çatandan sonra məlum oldu ki, bu əbəs deyilmiş. K.Yovu toplamda 208 kq (95 kq + 113 kq) nəticə ilə Qran-Prinin qalibi adına layiq görülüb. Bu çəkidə yarışan digər idmançımız - Yuliya Derkaç isə gözlənilmədən fəxr kürsünün ikinci pilləsinə qalxmağı bacarıb. Birdən qaldırma hərəkətinə yaxşı başlamayan atletimiz təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib. Y.Derkaç toplamda 192 kq (85 kq + 107 kq) nəticə ilə Qran-Prinin gümüş medalını qazanıb.
Qeyd edək ki, Qran-Pri dekabrın 8-də davam edəcək.
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK