2013-cü ilin noyabr ayı ərzində 2 711 473 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb.Trend ARDNŞ-nin rəsmi saytına istinadən məlumat verir ki, bu həcmin 1 830 620 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-noyabr aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 27 069 219 ton olub. Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilən gündən 2013-ci il dekabrın 1-dək Ceyhan limanından 230 735 873 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Mənbə: Milli.Az