Qadin.NET / "Perinatal ölüm haqqında tibbi şəhadətnamə" yeni formada qəbul ediləcək

"Perinatal ölüm haqqında tibbi şəhadətnamə" yeni formada qəbul ediləcək

 

"Perinatal ölüm haqqında tibbi şəhadətnamə" (Forma AZS-106/2) bundan sonra yalnız "Vətəndaşların Elektron Sağlamlıq Kartı Sistemi"nin (VESKS) müvafiq proqram modulundan çap olunmuş formada qəbul ediləcək. Səhiyyə Nazirliyindən Trend-ə verilən məlumata görə, "Mərkəzi icra hakimiyyəti orqanları tərəfindən konkret sahələr üzrə elektron xidmətlər göstərilməsi Qaydaları"nın və "Elektron Xidmət növlərinin Siyahısı"nın təsdiq edilməsi haqqında" Nazirlər Kabinetinin 2011-ci il 24 noyabr tarixli 191 nömrəli qərarına uyğun olaraq, "Perinatal ölüm haqqında tibbi şəhadətnamə"nin elektron registrinin yaradılması məqsədilə yeni proqram modulu yaradılıb. Bu məqsədlə respublika doğuşayardım və yenidoğulmuşun patologiyası şöbələri olan səhiyyə müəssisələrində perinatal ölüm halı zamanı məlumatlar "Vətəndaşların Elektron Sağlamlıq Kart Sistemi"nə daxil edildikdən sonra "Perinatal ölüm haqqında tibbi şəhadətnamə" VESKS vasitəsilə 3 nüsxədə çap edilir. Onların bir nüsxəsi həmin müəssisədə saxlanılmaqla, digər nüsxələri Səhiyyə Nazirliyinin İnformatika və Statistika İdarəsinə və ölmüş uşağın valideyninə verilir. Səhiyyə Nazirliyinin verdiyi müvafiq əmrlə bu yenilik artıq dekabrın 1-dən tətbiq edilir.
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK