Qadin.NET / Bu ölkə də işğal olundu

Bu ölkə də işğal olundu

 

Fransa ordusu Mərkəzi Afrika Respublikasında (MAR) hərbi əməliyyatlara başlayıb.mMilli.Az Associated Press-ə istinadən bildirir ki, Fransanın müdafiə naziri Jan-İv Le Drianın dediyinə görə, MAR paytaxtı Banqiyə hələlik 1200 fransız hərbçi yeridilib. Quru qoşunlarını hərbi helikopterlər dəstəkləyir. "Başlıca məqsədimiz Banqi küçələrində asayişin bərpa olunmasıdır. Burada artıq günlərdir ki, müsəlman və xristian yaraqlılar arasında toqquşmalar davam edir. Vandallar, banditlər və quldurlara qarşı sərt tədbirlər görüləcək", - nazir söyləyib.MAR-da Afrika Birliyinin 2500 hərbçisindən ibarət kontingent var. Bu gün kontingentə daha 800 hərbçi əlavə ediləcək.

Ekspertlər bildirirlər ki, bütün bunlar Mərkəzi Afrika Respublikasının faktiki işğalıdır. Son aylar MAR-da xristianlarla müsəlmanlar arasındakı toqquşmalar kütləvi qətllər, zorlamalar və qarətlərlə müşayiət olunur.
Mənbə: Milli.Az










 

6 dekabr 2013
GO BACK