Qadin.NET / Erməni mafiozunu ABŞ-da 100 illik həbs gözləyir

Erməni mafiozunu ABŞ-da 100 illik həbs gözləyir

 

ABŞ-da erməni mafiyasının üzvünü 100 illik həbs edirlər. ABŞ-da fəaliyyət göstərən "Erməni gücü" (Armenian power) cinayətkar qruplaşmasının üzvlərindən biri Karo Yerkiryanı 100 illik həbs gözləyir. Milli.Az Ermənistan mətbuatına istinadən bildirir ki, cinayətdə ittiham olunan erməninin vəkili isə məhkəmədən cəmi 8 il həbs cəzası verilməsini xahiş edir. Amerikanın hüquq-mühafizə orqanlarının məlumatına görə, "Erməni gücü" cinayətkar qruplaşması Ermənistan və digər SSRİ respublikalarından olan ermənilərdən ibarətdir. Qruplaşma 1980-ci illərdə Los-Anceles şəhərində yaradılıb. Cinayətkar dəstənin 250 üzvü olduğu güman edilir. Sentyabr ayında hüquq-mühafizə orqanları dəstənin 59 üzvünü tutublar. Yerkiryan da daxil olmaqla digər dəstə üzvləri oğurluq, qətl, insan oğurluğu, dələduzluq, narkotik maddələrin qeyri-qanuni ticarəti, silah alveri və digər cinayətlərini etiraf ediblər. 
Mənbə: Milli.Az

 

6 dekabr 2013
GO BACK