İngiltərədə noyabr ayının futbol üzrə ən yaxşı baş məşqçisi və oyunçusu seçilib. Milli.Az İngiltərə Futbol Federasiyasına istinadən xəbər verir ki, “Nyukasl” klubunun baş məşqçisi Alan Pardyu və qapıçısı Tim Krul ayın ən yaxşıları olublar. Keçən ay “Nyukasl” 4 oyundan maksimum dərəcədə 12 xal yığıb. “Çelsi”, “Tottenhem”, “Norviç” və “Vest Bromviç”ə qalib gələrək çempionatda ilk 5-liyə daxil olmuşdu. Komanda 14-cü turdan sonra hal-hazırda 7-ci yerdədir.
Tim Krul isə 4 oyunda 2 dəfə top buraxıb.
Mənbə: Milli.Az