Qadin.NET / Müəllimlərin əməkhaqqının verilməməsi ilə bağlı rəsmi açıqlama gəldi

Müəllimlərin əməkhaqqının verilməməsi ilə bağlı rəsmi açıqlama gəldi

Noyabr ayı üçün I-VI siniflərdə Azərbaycan dili (təlim qeyri-azərbaycan dilində aparılan I-VI siniflərdə isə tədrisin aparıldığı tədris dili) və Riyaziyyat fənlərinin tədrisi zamanı yazı işlərinin yoxlanılması üçün müəllimlərin əməkhaqqına əlavə edilən məbləğ texniki problem səbəbindən ödənilməmişdir. Bakı Şəhər Təhsil İdarəsindən Milli.Az-a bildirilib ki, problem yaxın günlərdə həll olunacaq.

Mənbə: Milli.Az

6 dekabr 2013
GO BACK