Çində "Səma şəhəri" adlandırılan Şanxayı həftənin əvvəlindən basmış duman hələ də çəkilməyib. Milli.Az AsiaOne-a istinadən bildirir ki, dumanın gələn həftənin bazar ertəsi çəkiləcəyi gözlənilir. Şəhərdə görmə məsafəsi 100 metrə düşüb. Yollarda kilometrlərlə uzunluqda tıxaclar yaranıb. Şəhərin hava limanlarında 100-dən artıq aviareys təxirə salınıb. Şanxay şəhər dəniz limanı bağlanıb. Şanxayda havanın çirklənmə səviyyəsi yüksək olduğundan vəziyyət daha da ağırlaşıb.
Mənbə: Milli.Az