Böyük Britaniyada dünyanın ən bahalı Milad çələngi satışa çıxarılıb. Milli.Az Daily Mail-ə istinadən bildirir ki, 42 brilyant və yaqut qaşla bəzədilmiş çələngin satış qiyməti 2,835 milyon funt-sterlinqdir.
60 sm diametrli çələngin müəllifi fin dizayner Pasi Yokinen-Karterdir.
Çələngi 12 gün olduğu kimi saxlamaq mümkündür.
"Bundan sonra çələngi sökmək, oradakı brilyant və yaqut qaşları sifarişlə bəzək düzəldilməsi üçün zərgərlik şirkətinə vermək olar", - dizayner deyib.
Çələngin satışından əldə edilən pulların bir qismi xeyriyyə fondlarına veriləcək.
Noyabrda isə Yaponiyada 5 milyon dollarlıq yolka satışa çıxarılıb. Yolkanı dekabrın 25-dək satın almaq olar.
Mənbə: Milli.Az