Qadin.NET / - Akula... - Ay can?!..

- Akula... - Ay can?!..

 

Bioloqlar ilk dəfə dəniz yırtıcısı olan akulaların genomlarını öyrənə biliblər. Məlum olub ki, akulanın genetik kodu ilə insanın genetik kodu bir çox məqamlarda oxşardır. Milli.Az Rusiya mətbuatına istinadən bildirir ki, bu barədə "BMC Genomics" jurnalında məqalə dərc olunub. 
Ağ akula (Carcharodon carcharias) ən qədim yırtıcı balıqdır və yox olma təhlükəsi qarşısında olduğuna görə, alimlərin xüsusi maraq dairəsindədir. Ağ akulalar uzun müddət "genetik tapmaca" kimi qalırdılar. Amma ABŞ-ın Kornell Universitetinin əməkdaşı Maykl Stenhop və həmkarları bu canlıların genetik kodlarını aça biliblər. 
Onlar brokonyerlər tərəfindən tutulan ağ akulanın ürəyindən istifadə ediblər. Onlar akulanın genlərini danio balığı (Danio rerio) və insan genləri ilə müqayisə ediblər. Məlum olub ki, akulalar daha çox öyrənilmiş danio balığına az bənzəyirlər. 
Alimlər deyirlər ki, bu nəticə tamamilə gözlənilməz olub. Çünki təkamül nöqteyi-nəzərindən daniolar akulalara daha yaxın olmalı idilər. Akula genlərinin insan genləri ilə müqayisəsi isə tamamilə başqa nəticə ortaya qoyub. Akulalarda maddələr mübadiləsini həyata keçirən zülallar insan orqanizmindəki zülallara çox bənzəyir və anoloji funksiyanı yerinə yetirir. 
Alimlər hesab edirlər ki, akulalar istiqanlı balıqlardır. Bu səbəbdən də onlarda maddələr mübadiləsi prosesi soyuqqanlı balıqlarla müqayisədə daha intensiv gedir. 
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK