2014-cü ildə Braziliyada baş tutacaq dünya çempionatının rəsmi topu İngiltərədə müzakirələrə səbəb olub.
Qol.Az-ın Britaniya mətbuatına istinadən verdiyi məlumata görə, dünya çempionatının rəsmi topundan növbəti aydan etibarən Almaniya Bundesliqasında istifadə ediləcək. Ölkə mətbuatı yazıb ki, almanların "Brazuka" ilə əvvəlcədən çalışması İngiltərə kimi ölkələrlə müqayisədə turnirdə daha böyük üstünlük əldə etməsinə səbəb olacaq.
Bu səbəbdən ingilislər bildiriblər ki, "Brazuca" dünya çempionatından əvvəl Premyer Liqada da istifadə olunmalıdır.
Mənbə: Milli.Az