Qadin.NET / "Reklam haqqında" yeni qanun layihəsi hazırlandı

"Reklam haqqında" yeni qanun layihəsi hazırlandı

 

Trend xəbər verir ki, bunu millət vəkili Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət komitəsinin bu gün keçirilən iclasında bildirib.
Lakin V.Əhmədov "Reklam haqqında" yeni qanun layihəsinin Milli Məlcisin payız sessiyasının gündəliyinə salınmamasından narahatlığını ifadə edib. O bildirib ki, deputat Əli Məsimli ilə birlikdə yeni qanun layihəsi hazırlayıb və həmin layihəyə aidiyyəti üzrə bütün qurumlar, o cümlədən Prezident Administrasiyası müsbət rəy verib:
"Amma indi eşidirəm ki, bu qanunu qəbul etmək lazım deyil, sadəcə mövcud qanunda dəyişikliklər edilməlidir. Biz tamamilə yeni, müasir standartlara cavab verən qanun layihəsi hazırlamışıq. Orada köhnə qanundan heç 10 faiz də əsər-əlamət qalmayıb".
Millət vəkili komitə sədrindən həmin qanun layihəsinin parlamentin plenar iclasının gündəliyinə salınmasını xahiş edib.
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK