Qadin.NET / "Son İmperator" Bakıya gəlir

"Son İmperator" Bakıya gəlir

 

Dekabrın 14-də Sərhədçi Olimpiya Mərkəzində qarışıq döyüş növləri üzrə Dünya Kubokunun final mərhələsi keçiriləcək. Azerisport.az xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, 7 ölkənin komandası mübarizə aparacaq.
Yarışın açılış mərasimində Ümumdünya Qarışıq Döyüş Növləri (WMMAA) Assosiasiyasının prezidenti Vadim Finkelşteyn və Rusiya idmanının canlı əfsanəsi, MMA üzrə dəfələrlə dünya çempionu olan, "Son İmperator" ləqəbli Fyodr Yemelyanenko iştirak edəcək. Bu Yemelyanenkonun Bakıya ilk səfəridir. 3 il əvvəl onun qardaşı Aleksandr Yemelyanenko paytaxtımızda keçirilən yarışda iştirak edib.
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK