Qadin.NET / "Qalatasaray"lılara bəd xəbər: "Komandada xoşbəxt deyiləm"

"Qalatasaray"lılara bəd xəbər: "Komandada xoşbəxt deyiləm"

 

“Çindən rəqabətdən uzaqlaşdığım və müqaviləmdəki şərtlər yerinə yetirilmədiyi üçün ayrıldım. “Qalatasaray”ın təklifi çox cəlbedici idi. Üstəlik, Çempionlar Liqası məni çağırırdı. Ötən mövsüm oynadığım futboldan və etdiklərimdən zövq aldım".
Milli.Az dailysport-a istinadən xəbər verir ki, bu sözləri ötən mövsüm qış fasiləsində Çinin “Şanxay Şenxua” klubundan “Qalatasaray”a keçən Didye Droqba deyib.
İstanbul klubunda xoşbəxt olmadığını dilə gətirən ulduz futbolçu mətbuata açıqlamasında sözlərinə belə davam edib:
"Bu il işlər düşündüyümüz kimi getmir. Mənim üçün ən önəmlisi qərarlaşdığım yerdə xoşbəxt olmaqdı. Xoşbəxt deyiləm.
Komandadakı problemlər də əhvalıma mənfi təsir göstərir. Bu səbəbdən gələcək təklifləri dəyərləndirməyə qərar verdim”.
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK