Qadin.NET / Həyatını dağıdan insan: bu kitabı oxuyubsunuz?

Həyatını dağıdan insan: bu kitabı oxuyubsunuz?

 

Dərd, ələm, kədər, amma eyni zamanda gözlənti, ümid və ən başlıcası, əbədi sevgi səyahəti olan həyat. Bu insan həyatından küsüb, çünki həyatının mənası, yaşamının məhvəri bildiyi insanı itirəndən sonra o, yaşamasında heç bir məna və səbəb görmədi.
31 il belə davam etdi və sonucda o, indiki vəziyyətdədir.
Qoca, halsız, ruhunda qarabasmalar və xəyulələrin oynadığı bir insan.
O, Çarli Esnindir.
31 il əvvəl sevdiyi xanımını itirən və o gündən bəri xanımı üçün darıxan, xiffət çəkən, qadının nə zamansa qayıdacağını, yanına dönəcəyini düşünən insan.
Sevgi dəlisi də sayıla bilər bu adam, çünki onillər əvvəl mübtəla olduğu şizofreniya xəstəliyi onun ruhunu və əsəblərini sarsıdıb.
Çarli Esninin həyatı kitab olub.
Milli.Az Daily Mail-ə istinadən bildirir ki, narkomaniya, şizofreniya, ifrat pessimizm və həyatdan küskünlüyün bir şüurda cəmləşdiyi həyatı tanınmış amerikalı fotoqraf Mark Esnin "Çarli əmi" (Uncle Charlie) kitabına döndərib.
408 səhifəlik, 60 şəkillik bir kitab.
Mark Esnin əmisinin gülərüz, bəxtəvər günlərindən indiki tənəzzülədək olan 31 ilini 60 fotoda əks etdirib.
Vaxtilə çox istedadlı, bilikli tələbə, sonra çalışdığı şirkətin ən perspektivli mühəndisi sayılan və tanışlarının multimilyonçu olacağına əsla şübhə etmədikləri Çarli sonradan həyatını darmadağın etdi.
1980-ci il, Nyu-Yorkun Bruklin səmti, Buşuikdəki qaranlıq mənzil.
Çarli Esnin tənəzzülü orada başlanmışdı.
"Uşaqlıq illərimdə əmimi o qədər sevirdim ki, bu sevgi sitayişə dönmüşdü. Amma sonra əmimin arvadı öldü, onun həyatı puç olmağa başladı. Sonra əmim evləndi. İki dəfə evləndi. Alınmadı. İki dəfə boşandı. Oğlu Co narkoman və sutenyor oldu, QİÇS-ə tutuldu, əmimin gözü qarşısında can verdi. Əmim onun ölümünü sakitcə seyr etdi. Əmimin iki nikahdan 5 övladı vardı, amma o, sevdiyi qadını, ilk arvadını gözləyirdi. 
Əmimdə şizofreniya başladı, valiuma qurşandı. Mənə deyirdi ki, bahalı narkotik maddələr istəmir. "İntellektimə xəyanət etmək istəmirəm" söyləyirdi.
Əmim həyatını çürütdü. Sevgiyə görə. Məndən soruşurlar ki, əmim necə insandı. 31 ildən sonra deyə bilərəm ki, bu sualın asan, sadə cavabı yoxdur. Olan əmimin çilikləyib dağıtdığı həyatıdır", - Mars Esnin deyib.
Mənbə: Milli.Az
6 dekabr 2013
GO BACK