Tükiyənin xarici işlər naziri Əhməd Davudoğlu ATƏT-in Nazirlər Şurasının 20-ci iclası çərçivəsində Türkiyə, Azərbaycan və Türkmənistanın üçlər formatının yaradılmasına qərar verdiklərini bildirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Axşam" qəzeti xəbər verib.Qeyd edək ki, artıq Azərbaycan-Türkiyə-İran və Azərbaycan-Türkiyə-Gürcüstan üçlər formatı mövcuddur. Bu formatda həmin ölkənin xarici işlər nazirləri hər il görüş keçirirlər.
Mənbə: Milli.Az