Qadin.NET / Brüsseldə NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilir

Brüsseldə NATO-Azərbaycan əməkdaşlığı müzakirə edilir

 

Dekabrın 5-də Belçikanın paytaxtı Brüsseldə yerləşən NATO baş qərargahında "Azərbaycandan olan rəy formalaşdıranlar" (Opinion Formers From Azerbaijan) adlı seminar öz işinə başlayıb.Trend-in məlumatına görə, iki günlük seminarın ilk günü NATO-nun Cənubi Qafqaz üzrə əlaqələndiricisi Despina Afentouli, NATO-nun Avroatlantik İnteqrasiya və Tərəfdaşlıq Departamentin rəhbəri Ceyms Makey, İctimai diplomatiya bölməsinin əməkdaşı Daniele Riqqio, Alyansın əməkdaşlıq və regional təhlükəsizlik proqramının nümayəndəsi Aleksandr Defazio və Azərbaycanın NATO-dakı missiyasının nümayəndələri iştirakçılara NATO-nun fəaliyyəti və alyansla Azərbaycan arasındakı əməkdaşlıq barədə geniş məlumat veriblər.Seminarda çıxış edənlər Azərbaycanı NATO-nun ən fəal tərəfdaşı adlandırıblar. NATO nümayəndələri qeyd ediblər ki, digər tərəfdaşlardan fərqli olaraq, ölkəmiz NATO ilə bağlı 300-ə yaxın tədbir keçirir, halbuki digər tərəfdaşlarla bu rəqəm 30-40 təşkil edir.NATO-nun nümayəndələri, həmçinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı təşkilatın mövqeyi barədə danışıblar.Məruzəçilərin sözlərinə görə, Azərbaycan NATO-nun layihələrində çox aktiv iştirak edib.

Seminarda çıxış edənlər Azərbaycanın Əfqanıstanda keçirilən əməliyyatlara böyük töhfələrini xüsusi vurğulayıblar.
Məruzəçilər iştirakçıların suallarını cavablandırıblar.Seminarın ikinci günündə NATO-nun Enerji təhlükəsizliyi bölməsinin rəhbəriMixael Rühle məruzə ilə çıxış edəcək.Seminar iştirakçıları ilə "dəyirmi masa" arxasında müzakirələr aparılacaq.

Mənbə: Milli.Az

6 dekabr 2013
GO BACK