Qadin.NET / Mikayıl Cabbarovdan daha bir yenilik

Mikayıl Cabbarovdan daha bir yenilik

 

Təhsil Nazirliyi bu il ümumtəhsil məktəblərində Yeni İl şənliklərinin keçirilməsinə icazə verib. Milli.Az xəbər verir ki, bu barədə AzVision.az-ın sorğusuna Təhsil Nazirliyinin cavabında bildirilib.Nazirlikdən rəsmi olaraq qeyd edilib ki, orta məktəb rəhbərliyi iş planına uyğun olaraq, hazırlanmış ssenari əsasında Yeni İllə bağlı ümumməktəb tədbirləri keçirə bilər. 

Qeyd edək ki, sabiq təhsil naziri Misir Mərdanov dönəminsə isə orta məktəblərdə Yeni İl şənliklərinin keçirilməsi qadağan edilmişdi. Buna səbəb isə şənliklər zamanı xoşagəlməz hadisələrin olması bildirilirdi.

Mənbə: Milli.Az

6 dekabr 2013
GO BACK